Ucarda qayınana gəlinini bıçaqlayıb

Ucarda qayınana gəlinini bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Aprel , 2017 18:40
Ucarda qayınana gəlinini bıçaqlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Report”un Şirvan bürosunun verdiyi xəbərə görə, Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

G.Rəhimovanın yaxınlarının “Report”un yerli bürosuna verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi