Bakı. 10 may. REPORT.AZ/ Ucarın Quləbənd kəndində 12 nəfərin quduzluq xəstəliyinə yoluxması ilə əlaqədar rayon xəstəxanası və Baytarlıq İdarəsinə müraciət olunub.
"Report" xəbər verir ki, xəstəliyin kənd sakini Əli Nuriyevə məxsus inəyin canavar hücumuna məruz qalması nəticəsində yayıldığı ehtimal olunur.
Belə ki, inəyin süd və qatığından istifadə edən şəxslər bu xəstəliyə yoluxublar. Yoluxanlar arasında azyaşlı uşaqlar da var. Xəstələrdən yalnız birinə quduzluq əleyhinə vaksin vurulub. Həkimlər digər şəxslərə vaksin vurmaqdan imtina ediblər.
Hazırda inəyin başı labarator müayinə üçün Bakıya göndərilib.
Qeyd edək ki, sözügedən kənddə 2 il öncə it dişləməsi nəticəsində bir nəfər dünyasını dəyişib.