Bakı. 18 dekabr. REPORT.AZ/
Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı aşkar edilən quşların İmişli, Saatlı, Sabirabad ərazisində ovlandığı məlum olub. Saxlanılan şəxs ifadəsində əməlindən peşman olduğunu bildirib. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır.
Qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgol, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisi olan adları sadalanan məkanlarda bu cür hallar barəsində məlumat daxil olduqda idarə əməkdaşları tərəfindən dərhal ciddi ölçü götürüləcək. O cümlədən, Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qırmızı kitaba düşmüş quşları və balıqları qanunsuz şəkildə ovlayanlara qarşı ciddi mübarizə aparılır. Qeyd edilən qanun pozuntularını törədənlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri çərçivəsinə uyğun olaraq cəzalandırılacaqlar.




