Yuxarı

Tütün satanlara tətbiq edilən cərimələrin məbləği açıqlandı

Tütün məmulatları satan şəxslərə tətbiq edilən cərimələrin məbləği açı

© google.az

Qadağan edilmiş yerlərdə tütün çəkənlərə, tütün məmulatları tullantılarını ətraf mühitə atanlara və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satanlara tətbiq edilən cərimələrin məbləği müəyyən olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub. 

Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib: "Bu istiqamətdə tədbirlər davam etdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi