Tütün məmulatının qanunsuz yolla Bakıya gətirilməsinin qarşısı alınıb

Tütün məmulatının qanunsuz yolla Bakıya gətirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Sentyabr , 2016 15:15
Tütün məmulatının qanunsuz yolla Bakıya gətirilməsinin qarşısı alınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycanın aksiz markası ilə markalanmayan 16 minədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi