Türkmənistandan Bakı sakininə göndərilən bağlamadan qədim tüfənglər çıxıb

Türkmənistandan Bakı sakininə göndərilən bağlamadan qədim tüfənglər çıxıb Bakı sakinindən 18-19-cu əsrə aid olan tüfənglər götürülüb.
Hadisə
26 Avqust , 2019 09:25
Türkmənistandan Bakı sakininə göndərilən bağlamadan qədim tüfənglər çıxıb

Bakı sakinindən 18-19-cu əsrə aid olan tüfənglər götürülüb.

"Report" xəbər verir ki, Bakı şəhər sakini 56 yaşlı V.Mirzəyevə Türkmənistandan bağlama göndərilib.

Həmin bağlamaya hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilən zaman oradan 18-19-cu əsrə aid antik əşyalar sırasına aid olan 3 ədəd tüfəng aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi