Bakı-İstanbul sərnişin avtobusunda yanğın olub - FOTO

Bakı-İstanbul sərnişin avtobusunda yanğın olub - FOTO Hacıqabul rayonunda Türkiyənin Alpar turizm şirkətinə məxsus avtobusda yanğın baş verib.
Hadisə
18 İyul , 2019 14:32
Bakı-İstanbul sərnişin avtobusunda yanğın olub - FOTO

Hacıqabul rayonunda Türkiyənin "Alpar" turizm şirkətinə məxsus avtobusda yanğın baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra  yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi