Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib

Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə 20 yanvar 2021-ci il tarixində Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib.
Hadisə
544
20 Yanvar , 2021 17:43
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə 20 yanvar 2021-ci il tarixində Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan FHN-in dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar.

Eyni zaqmanda qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Vətəndaşlar FHN-in “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

Son xəbərlər

Orphus sistemi