Türkiyədən gələn Azərbaycan vətəndaşının daxili orqanlarından narkotik maddə çıxıb

Türkiyədən gələn Azərbaycan vətəndaşının daxili orqanlarından narkotik maddə çıxıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Fevral , 2017 11:21
Türkiyədən gələn Azərbaycan vətəndaşının daxili orqanlarından narkotik maddə çıxıb

Bakı. 7 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan edilmiş əşyalar aşkar olunmasa da, hərəkətləri şübhə doğurduğu üçün bədən üzvlərinin yoxlanılması məqsədilə tibb işçisi dəvət olunacağı barədə xəbərdar edilib. Lakin həmin şəxs buna ehtiyac olmadığını bildirib və daxili orqanında gizlətdiyi sellofan bükümü çıxararaq gömrük nəzarətinə könüllü təqdim edib. Həmin bükümdə isə 8 ədəd həb aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, tədqiqata təqdim olunmuş 8 ədəd həb MDMA (ekstazi) adlı psixotrop maddədir.

MDMA (ekstazi) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir və 8 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi