Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyev Gəncədə dəfn olunub - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyev Gəncədə dəfn olunub - YENİLƏNİB Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Şahin Vəliyev ilə Gəncə şəhər Cavadxan qəsəbəsində vida mərasimi keçirilir.
Hadisə
16 Fevral , 2023 13:23
Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyev Gəncədə dəfn olunub - YENİLƏNİB

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalaraq həlak olan Şahin Vəliyev dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, mərhum Gəncənin Səbiskar qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində Ş.Vəliyevin yaxınları, dostları, şəhər icra hakimiyyətinin, digər dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

11:57

Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olan azərbaycanlı tələbə Şahin Vəliyev ilə Gəncə şəhər Cavadxan qəsəbəsində vida mərasimi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirlər.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-də tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Son xəbərlər

Orphus sistemi