Türkiyədə təhsil vəd edən şirkət rəhbərinin məhkəməsi başlayır

Türkiyədə təhsil vəd edən şirkət rəhbərinin məhkəməsi başlayır Bakıda vətəndaşlara qarşı dələduzluqda ittiham edilən Rüstəm Kərimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
10 Dekabr , 2019 15:17
Türkiyədə təhsil vəd edən şirkət rəhbərinin məhkəməsi başlayır

Bakıda vətəndaşlara qarşı dələduzluqda ittiham edilən Rüstəm Kərimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan iş üzrə hazılıq iclası yaxın günlərdə keçiriləcək. 

Qeyd edək ki, “Elit Academy” adlı xaricdə təhsil vəd edən şirkətin rəhbəri olan R.Kərimzadə tələbələri Türkiyə universitetlərinə qəbul etdirmək vədi ilə vətəndaşlardan pul alaraq onlara ziyan vurmaqda ittiham edilir. 

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 35 nəfər zərərçəkmiş qismində tanınıb.

Son xəbərlər

Orphus sistemi