Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopter ötən axşam İzmir vilayətinin Urla rayonunda təcili eniş edib.
"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən tarlaya enən pilotlar təxminən bir saat gözləyib.
Güclü küləyin əsdiyi ərazi polis tərəfindən nəzarətə alınıb. Hərbi helikopter hava şəraiti normallaşandan sonra yoluna davam edib.