Yuxarı

​Türkiyədə G-20 sammitini işıqlandıran rusiyalı jurnalistlərin baqajı Azərbaycan nümayəndə heyəti ilə birgə Parisə göndərilib

Hazırda çamadanların harada olduğu məlum deyil

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyə oteli G-20 sammitində işləyən altı Rusiya jurnalistinin baqajını itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, tədbir zamanı mətbuat nümayəndələri "MAKS Royal Belek" otelində qalıblar.

Bazar ertəsi səhər onlar öz əşyalarını saxlanılması üçün qəbul otağına təhvil veriblər, lakin axşam onları geri götürməyə gələndə çamadanları yerində tapa bilməyiblər.

Otelin videomüşahidə kamerasında qeydə alınan görüntülərdən məlum olub ki, əşyalar Azərbaycan nümayəndə heyətinə aid avtobusa yüklənib. Avtobus baqajı Parisə göndərmək üçün hava limanına aparmalı idi. Hazırda rusiyalı jurnalistlərin çamadanlarının harada olduğu məlum deyil, lakin otel əməkdaşının sözlərinə görə, çox güman ki, onlar Fransaya uçublar. Rusiyalı diplomatlardan biri də bu fikirdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi