Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını minik avtomobilinə çırpılıb, ölənlər və yaralananlar var

Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını minik avtomobilinə çırpılıb, ölənlər və yaralananlar var Ölənlərin kimliyi hələlik məlum deyil
Hadisə
8 May , 2017 12:22
Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını minik avtomobilinə çırpılıb, ölənlər və yaralananlar var

Bakı. 8 may. REPORT.AZ/ Türkiyənin Ərzincan bölgəsində TIR-la minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə Ərzincan-Sivas avtomobil yolunun 12-ci kilometrliyində,  Ərzincan Universitetinin yaxınlığında baş verib.

Azərbaycan vətəndaşı Ədalət Abdullayevin idarət etdiyi yük maşını qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub.

Minik avtomobilində yaralanan üç nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin kimliyi isə hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi