​Türkiyədə Avropaya qanunsuz yolla mühacir aparanlar arasında atışmada bir azərbaycanlı yaralanıb

​Türkiyədə Avropaya qanunsuz yolla mühacir aparanlar arasında atışmada bir azərbaycanlı yaralanıb Polis şübhəlilərin üzərindən iki tapança aşkar edərək götürüb
Hadisə
2 Oktyabr , 2015 18:15
​Türkiyədə Avropaya qanunsuz yolla mühacir aparanlar arasında atışmada bir azərbaycanlı yaralanıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonunda Avropaya qanunsuz yolla mühacir aparanlar arasında baş verən silahlı qarşıdurmada bir nəfər ölüb, biri azərbaycanlı olmaqla, 3 nəfər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə rayonun Behramkale kəndində baş verib. Hadisə yerinə gedən polis ölənin Türkiyə vətəndaşı olduğunu, yaralananların birinin Əfqanıstan, birinin Myanmar, digərinin isə Azərbaycan vətəndaşı olduğunu bildirib.

Onlar xəstəxanaya yerləşdirilib.

Silahlı qarşıdurma törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Məlumata görə, onlar Əfqanıstan vətəndaşıdır. Polis şübhəlilərin üzərindən iki tapança aşkar edərək götürüb. 

Son xəbərlər

Orphus sistemi