Türkiyədə ağır yol qəzasında 3 azərbaycanlı ölüb - SİYAHI

Türkiyədə ağır yol qəzasında 3 azərbaycanlı ölüb - SİYAHI Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib
Hadisə
15 Avqust , 2017 11:13
Türkiyədə ağır yol qəzasında 3 azərbaycanlı ölüb - SİYAHI

İstanbul. 15 avqust. REPORT.AZ/ Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu Sərhəd Keçid məntəqəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobilin sürücüsünün idaretməni itirməsi nəticəsində maşın yoldan çıxıb və bir neçə dəfə aşıb. 

Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev "Report"a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib.

Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar. Azərbaycanın konsulluğu yaralıların vəziyyəti ilə mütəmadi maraqlandıqlarını bildirib. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi