Yuxarı
    Bağlamaq

    Türkiyədə zəncirvari qəza baş verib

    Avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb

    Bakı. 31 dekabr. REPORT.AZ / Türkiyədə 13 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, TEM şosesinin İstanbul istiqamətində, Dilovası yoxuşunda qarlı yolda hərəkətə nəzarəti itirən mikroavtobus avtomobilə dəyib.

    Zəncirvari qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 31 nəfər isə yaralanıb.

    Yaralılar yaxınlıqdakı xəxtəxanalara çatdırılıblar.

    Qeyd edək ki, İstanbulda artıq bir neçə gündür güclü qar yağır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi