Yuxarı
    Bağlamaq

    ​Türkiyədə 12 il əvvəl cinayət törədib Azərbaycanda həbs edilən şəxs Ali Məhkəməyə müraciət edib

    Kassasiya şikayəti Ali məhkəməyə təqdim olunub

    Bakı. 26 iyul. REPORT.AZ/ 12 il əvvəl Türkiyədə cinayət törətməkdə təqsirləndirilərək Azərbaycanda həbs edilən Mehmet Halil oğlu Sünmez ekstradisiyası ilə bağlı məhkəmə qərarından kassasiya şikayəti verib.

    Bu barədə "Report"a onun vəkili Vasif İsrafilov bildirib.

    Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

    Qeyd edək ki, hadisə 2004-cü il noyabrın 24-də baş verib. Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qisimində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb. 2015-ci ildə həmin qərar yenilənib və Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Y.Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Y.Akbaba (Mehmet Sünmez) barəsində Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən həbs edilməsi haqqında qərarın olması və Türkiyə Respublikasına ekstradisiya olunacağını nəzərə alaraq, Mehmet Sünmezin vəkili Vasif İsrafilov onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, ittihamları rədd edib, Y.Akbaba olmadığını bildirib.

    Bu il may ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Sünmezin ekstradisiyası ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə M.Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Daha sonra M.Sünmezin kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi