Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Gökhan Tavukçu və Aynurə Qocayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report"un məlumatına görə, iş baxılması üçün Bakı
Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində insan alveri ittihamı irəli sürülüb.
G.Tavukçu və A.Qocayeva ölkə vətəndaşları olan 4 qadını Türkiyə Respublikasına aparıb, insan alverinə məruz qoyub.