Türkiyə vətəndaşının çantasında güclü təsir edən maddə aşkarlanıb

Türkiyə vətəndaşının çantasında güclü təsir edən maddə aşkarlanıb Bakı. 29 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, Türkiyə-Naxçıvan-Bakı marşrutu ilə gələn Türkiyə vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
29 Dekabr , 2018 17:45
Türkiyə vətəndaşının çantasında güclü təsir edən maddə aşkarlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, Türkiyə-Naxçıvan-Bakı marşrutu ilə gələn Türkiyə vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, vətəndaşın baqajına və əl yükünə yoxlama keçirilməsi üçün o, İdarənin inzibati binasına dəvət olunub.

Yoxlama zamanı, Türkiyə Respublikasının vətəndaşına məxsus çantanın içərisindəki üç qutuda cəmi 308 kapsul "Neogaba Pregabalin 300 mg" adlı dərman preparatı aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan dərman preparatlarında preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 92,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin "Güclü təsir edən maddələrin siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi