Türkiyə vətəndaşı Azərbaycandan 49 min dollar çıxarmaq istəyib

Türkiyə vətəndaşı Azərbaycandan 49 min dollar çıxarmaq istəyib Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Yanvar , 2017 10:21
Türkiyə vətəndaşı Azərbaycandan 49 min dollar çıxarmaq istəyib

Bakı. 18 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılması cəhdinin qarşısını alıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Vətəndaşın çantası rentgen aparatından keçirilərkən monitorda pula bənzər təsvirlər görünüb. Daha sonra vətəndaşa məxsus əl çantasının yoxlanılması zamanı çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 477 ədəd, hər biri 100 ABŞ dolları nominalında, 130 ədəd isə hər biri 10 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 49 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi