Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb Türkiyənin Dənizli bölgəsində baş verən meşə yanğınlardan biri söndürülüb.
Hadisə
280
4 Avqust , 2021 03:40
 Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb

Türkiyənin Dənizli bölgəsində baş verən meşə yanğınlarından biri söndürülüb.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dənizlinin Buldan qəsəbəsindəki yanğın Türkiyə və Azərbaycan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən yerli vaxtla saat 02:30 radələrində söndürülüb: "Hazırda Tavas kəndindəki yanğının söndürülməsi istiqamətində işlər görülür".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 252 nəfər şəxsi heyət daxildir.

Son xəbərlər

Orphus sistemi