Türkiyə prezidenti Cenk Tosunu "Everton"a keçidi münasibəti ilə təbrik edib

Türkiyə prezidenti Cenk Tosunu "Everton"a keçidi münasibəti ilə təbrik edib Dövlət başçısı futbolçuya zəng edib
Hadisə
7 Yanvar , 2018 00:59
Türkiyə prezidenti Cenk Tosunu Evertona keçidi münasibəti ilə təbrik edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Beşiktaş"dan İngiltərə Premyer Liqasında çıxış edən "Everton" klubuna transfer olunan futbolçu Cenk Tosuna zəng edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, prezident mənbələrindən əldə edilən məlumata görə, dövlət başçısı telefon söhbəti zamanı türk hücumçunu ingilis klubu ilə 4,5 illik müqaviləyə imza atması münasibəti ilə təbrik edib.

Prezident Ərdoğan futbolçuya uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi