Türkiyə-İran sərhədində partlayış olub, Azərbaycanın iki vətəndaşı yaralanıb

Türkiyə-İran sərhədində partlayış olub, Azərbaycanın iki vətəndaşı yaralanıb Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər
Hadisə
20 İyun , 2017 12:23
Türkiyə-İran sərhədində partlayış olub, Azərbaycanın iki vətəndaşı yaralanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi zamanı baş verən partlayışda Azərbaycanın iki vətəndaşı yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, partlayış İğdır əyalətinin Aralık rayonunun yaxınlığındakı Küçük Ağrı dağının ətəklərində olub.

Sərhədə döşənən minaları təmizləyərkən baş verən partlayış nəticəsində 35 yaşlı Azərbaycan vətəndaşı Həzi Aslanov və 38 yaşlı Ruslan Qasımov yaralanıb. 

Məlumata görə, Həzi Aslanov əlləri və gözündən, Ruslan Aasımov isə ayaqları və bədənin müxtəlif yerlərindən xəsarət alıb. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.

İnformasiyaya əsasən, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri məşğul olur. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi