Yuxarı
    Bağlamaq

    ANAMA: Türkiyə-İran sərhədində partlayış nəticəsində iki əməkdaşımız xəsarət alıb

    Yaralılara ilkin tibbi yardım göstərilib, həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur

    Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı baş verən partlayışla bağlı məlumat yayıb. 

    ANAMA-dan "Report"a verilən məlumata görə, bu gün səhər saat 07:15 radələrində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iki əməkdaşı Türkiyə-İran sərhədində ərazilərin minalardan təmizlənməsi əməliyyatı zamanı baş verən mina hadisəsi nəticəsində yüngül bədən xəsarətləri alıb.

    "Hadisə nəticəsinə yaralanan Həzi Aslanov və Ruslan Qasımov xəstəxanaya aparılıb. Yaralılara ilkin tibbi yardım göstərilib, həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur", - məlumatda bildirilib.

    Qeyd edək ki, ANAMA tərəfindən Türkiyədə minatəmizləmə əməliyyatları MECHEM şirkəti ilə bağlanmış müqaviləyə əsasən aparılır. Aprelin 19-dan bu günə kimi Türkiyə-İran sərhəddində ərazilərin minalardan təmizlənməsi əməliyyatları zamanı minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi