Türkiyədə batan gəminin dörd üzvü ölüb, dənizdə axtarışlar dayandırılıb

Türkiyədə batan gəminin dörd üzvü ölüb, dənizdə axtarışlar dayandırılıb Türkiyə öz sahillərində batmış Rusiya gəmisinin ekipajının 15 üzvünün xilas edilməsi üzrə əməliyyat keçirəcək.
Region
17 Yanvar , 2021 18:03
Türkiyədə batan gəminin dörd üzvü ölüb, dənizdə axtarışlar dayandırılıb

Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin batması nəticəsində dörd nəfər həyatını itirib.

“Report”un məlumatına görə, bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün frekat göndərib.

16:00

Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib.

"Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. Hazırkı ana qədər 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb", - o deyib.

Qubernatorun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.

15:15

Türkiyə Rusiyanın Qara dəniz sahillərində batmış gəmisinin 3 heyət üzvünü xilas edib.

"Report" xəbər verir ki, bu barədə Bartın əyalətinin qubernatoru Sinan Güner bildirib.

"Batmış Rusiya gəmisinin 3 heyət üzvü xilas edilib", - qubernator deyib.

14:45

Türkiyə Qara dəniz sahillərində batmış Rusiya gəmisinin ekipajının 15 üzvünün xilas edilməsi üzrə əməliyyat keçirəcək.

“Report” xəbər ki, bu barədə Bartın əyalətinin qubernatoru bildirib.

Qeyd edilir ki, Türkiyə hadisə zamanı həlak olanlar barədə məlumata malik deyil.

Son xəbərlər

Orphus sistemi