Türkiyə Azərbaycanda həbs edilən şəxs barəsində yazılı zəmanət verib

Türkiyə Azərbaycanda həbs edilən şəxs barəsində yazılı zəmanət verib Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İsa Özdəmirin öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
21 İyun , 2018 11:00
Türkiyə Azərbaycanda həbs edilən şəxs barəsində yazılı zəmanət verib
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İsa Özdəmirin öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib.

O bildirib ki, Türkiyə tərəfi yazılı zəmanət verib: "Onlar şəxsin heç bir işgəncəyə və yaxud qeyri-insani rəftara məruz qalmayacağını deyib. Normal saxlanma şəraiti olacaq. Türkiyə tərəfi deyib ki, İsa Özdəmir öz ölkəsinə eksradisya olunacağı təqdirdə bütün hüquqları qorunacaq".

İ.Özdəmirin vəkili çıxış edərək müvəkkili BMT-dən sığınacağ alıb. Həmin vəsiqəni məhkəmə təqdim ediblər.

Hakim bildirib ki, Türkiyə tərəfinin zəmanəti də məhkəməyə də daxil olub.

Proses iyulun 4-ə təyin edilib.

Qeyd edək ki, İsa Özmedir Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir. O, 1993-cü ildən Azərbaycanda yaşayıb. Lakin Türkiyə tərəfi onun barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə tərəfi onun ölkəsinə təhvil verilməsini tələb edib.

Son xəbərlər

Orphus sistemi