Qaxda 30 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb

Qaxda 30 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb Qax. 6 yanvar. REPORT.AZ/ Qax şəhərində 30 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.
Hadisə
6 Yanvar , 2019 21:23
Qaxda 30 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb

Qax. 6 yanvar. REPORT.AZ/ Qax şəhərində 30 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə şəhərin Axundov küçəsində baş verib. 

Ev 30 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Türkən Sədi qız Orucova evin ikinci mərtəbəsinin pəncərəsindən çöldə asılan qurudulmuş əti götürmək istəyərkən yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. T.Orucova yaxınlarının köməkliyi ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən “Report”a bildirilib ki, müayinə zamanı T.Orucovaya bir-neçə bel fəqərəsinin sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qaxda 70 yaşlı kişinin meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi