​Türk hakerlər Rusiya səfirliyinin saytına Azərbaycan bayrağının fotosunu yerləşdiriblər - FOTO

​Türk hakerlər Rusiya səfirliyinin saytına Azərbaycan bayrağının fotosunu yerləşdiriblər - FOTO Faktı Rusiya səfirliyi təsdiq edib
Hadisə
17 Yanvar , 2016 18:14
​Türk hakerlər Rusiya səfirliyinin saytına Azərbaycan bayrağının fotosunu yerləşdiriblər - FOTO

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın İsraildəki səfirliyinin rəsmi internet səhifəsi türk hakerlər tərəfindən dağıdılıb.

"Report" xəbər verir ki, bu barədə "Börteçine Siber Tim" haker qrupu öz "Facebook" səhifəsində məlumat yerləşdirərək saytın linkini paylaşıb.

Hakerlər səfirliyin saytına Türkiyə və Azərbaycan da daxil olmaqla müxtəlif türk dövlətlərinin bayrağını və Türkiyə dövlətinin yaradıcısı Mustafa Kamal Atatürkün şəkilini yerləşdiriblər. Şəkillərin yerləşdirildiyi slaydda türk hərbi marşı səslənir.

Səfirliyin mətbuat katibi Yevgeni Piskunov "İnterfax"a açıqlamasında həqiqətən saytın hazırda işləmədiyini bildirib. O bunun səbəblərinin məlum olmadığını qeyd edib və hazırda saytın bərpası istiqamətində iş aparıldığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi