Türk-Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib

Türk-Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib Bakı. 27 iyun. REPORT.AZ/ Türk-Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə Heyətinin rəhbəri seçilib.
Hadisə
27 İyun , 2018 15:02
Türk-Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Türk-Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə Heyətinin rəhbəri seçilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tohan Hazinadar Federasiyanın məqsədlərinə layiqincə xidmət edəcəyini bildirib və onu bu posta layiq görənlərə təşəkkür edib.

O da sevindirici haldır ki, əslən Cənubi Azərbaycandan olan Zöhrə Şərifi 5-ci dəfə Türk-Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidenti və İdarə Heyətinin üzvü seçilib. Zöhrə Şərifi Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin sədridir. O, yenidən bu mühüm vəzifəyə seçilməsindən şərəf duyduğunu söyləyərək Azərbaycan naminə əlindən gələni edəcəyini və işini ləyaqətlə yerinə yetirəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi