"Turan" İnformasiya Agentliyi Vergilər Nazirliyini məhkəməyə verib

"Turan" İnformasiya Agentliyi Vergilər Nazirliyini məhkəməyə verib Agentliyin fəaliyyətinin səyyar vergi yoxlaması keçirilib
Hadisə
10 Avqust , 2017 15:27
Turan İnformasiya Agentliyi Vergilər Nazirliyini məhkəməyə verib
Report

Bakı. 10 avqust. REPORT.AZ/" Turan" İnformasiya Agentliyi Vergilər Nazirliyini məhkəməyə verib.

"Report"un məlumatına görə, iddia ərizəsi ilə məhkəməyə müraciət edən agentlik Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarının ləğv edilməsini tələb edir.

Qeyd edək ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti avqustun 7-də "Turan" İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Eyni zamanda həmin departament avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb.

Adıçəkilən departamentin qərarı başqa bir departamentin (Bakı Şəhəri Lokal Gəlirlər Departamenti) agentliyə 2014-cü ildən etibarən təxminən 27 min manat (16 200 dollar) əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.

Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb ediblər.

Son xəbərlər

Orphus sistemi