Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar açıqlanıb - YENİLƏNİB

Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar açıqlanıb - YENİLƏNİB Sumqayıt. 21 mart. REPORT.AZ/ Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar müəyyənləşib.
Hadisə
21 Mart , 2018 21:12
Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar açıqlanıb - YENİLƏNİB

Sumqayıt. 21 mart. REPORT.AZ/ Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar müəyyənləşib.

"Report"un məlumatına görə, istirahət kompleksinin ərazisində yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan Elvin İsgəndərov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır və həmin vaxt Tufandağ ərazisində axtarış əməliyyat tədbirləri həyata keçirərkən zədə alıb. 

Çiyin və qol nahiyələrindən müxtəlif dərəcəli xəsarət alan şəxs artıq ambulator müayinəyə buraxılıb.


***17:31

Sumqayıt. 21 mart. REPORT.AZ/ Tufandağda 30 yaşlı gənc yıxılıb.

"Report" xəbər verir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində yıxılaraq zədə alıb. 

İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi