“Tsıqan” ləqəbli kriminal avtoritet apellyasiya şikayəti verib

“Tsıqan” ləqəbli kriminal avtoritet apellyasiya şikayəti verib Şikayət ərizəsi Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Hadisə
27 Oktyabr , 2016 09:59
“Tsıqan” ləqəbli kriminal avtoritet apellyasiya şikayəti verib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan" (Qaraçı) ləqəbi ilə tanınır. 

Son xəbərlər

Orphus sistemi