"Tri Korona"nın qarşısında gənc oğlanı bıçaqlayan şəxsə hökm oxunub

"Tri Korona"nın qarşısında gənc oğlanı bıçaqlayan şəxsə hökm oxunub Bakı. 8 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İman Əsədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
8 Fevral , 2019 12:32
Tri Koronanın qarşısında gənc oğlanı bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 8 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İman Əsədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında Bakının Yasamal rayonunda baş verib. İ.Əsədli 1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu Mətbuat prospektində "Tri Korona" kimi tanınan binanın qarşısında əlbəyaxa dava edib. Bu zaman F.Süleymanovun boyun və bədən nahiyəsinə ümumilikdə 6 bıçaq zərbəsi vurulub. Yaralı taksi sürücüsünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İ.Əsədli Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərədindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi