Bakıda traktor qaçıran şəxs saxlanılıb

Bakıda traktor qaçıran şəxs saxlanılıb Bakı. 22 yanvar. REPORT.AZ/ Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən “Hidromek 102 B” markalı traktorunun qaçırıldığını bildirib.
Hadisə
22 Yanvar , 2019 10:48
Bakıda traktor qaçıran şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 22 yanvar. REPORT.AZ/ Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən “Hidromek 102 B” markalı traktorunun qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində traktoru qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi