Toyda rəqs üstündə dava qətllə bitdi - MƏHKƏMƏ

Toyda rəqs üstündə dava qətllə bitdi - MƏHKƏMƏ Zaqatalada qətl törətməkdə təqsirləndirilən Abdul Ayalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
10 İyun , 2020 16:04
Toyda rəqs üstündə dava qətllə bitdi - MƏHKƏMƏ

Zaqatalada qətl törətməkdə təqsirləndirilən Abdul Ayalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Zaqatalanın Danaçı kəndində keçirilən toy mərasimində baş verib.

1990-cı il təvəllüdlü A.Ayalovla 1963-cü il təvəllüdlü Abakar Zutov arasında rəqs etmək üstündə dava düşüb. Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdirib. Mərasim başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb. Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu, 1991-ci il təvəllüdlü Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri alan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

A.Ayalova Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi