Toyda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır

Toyda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır Abşeron rayonu, Fatmayı qəsəbəsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Elxan Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 Oktyabr , 2019 13:21
Toyda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır

Abşeron rayonu, Fatmayı qəsəbəsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Elxan Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Fatmayı qəsəbəsində həyətdə qurulan toy məclisində qonaqlar arasında kütləvi dava olub. Davada 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu və 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu bıçaqlanıb.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 32 yaşlı Elxan Heydərov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi