Toyda döyülmə hadisəsi baş verib

Toyda döyülmə hadisəsi baş verib Hadisə “Həyat” şadlıq sarayında qeydə alınıb
Hadisə
12 Sentyabr , 2015 14:12
Toyda döyülmə hadisəsi baş verib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Salyan rayonunda toyda döyülmə hadisəsi baş verib. “Report”un xəbərinə görə, rayon sakini döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə “Həyat” şadlıq sarayında qeydə alınıb.

Şəhərin Xəlil Rza Ulutürk prospekti bina 8, mənzil 4-də yaşayan, 1982-ci il təvəllüdlü Etibar Atakişi oğlu Əliyev mübahisə zəminində şadlıq sarayının sahibinin yaxını tərəfindən döyülüb. Burun nahiyəsindən, göz altının hər iki tərəfindən müxtəlif dərəcəli xəsarətlər alan Etibar Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Son xəbərlər

Orphus sistemi