Azərbaycanda toyda 10 nəfər qidadan zəhərlənib

Azərbaycanda toyda 10 nəfər qidadan zəhərlənib Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir
Hadisə
6 Avqust , 2015 10:44
Azərbaycanda toyda 10 nəfər qidadan zəhərlənib

Bakı. 6 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənib. “Report”un xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən “Altun” restoranında keçirilən toy mərasimində baş verib.

Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır.

Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir.

Hazırda həmin şəxslərin hansı qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi