Yuxarı
    Bağlamaq

    ​Toy mağarını sökən gənci elektrik cərəyanı vurub

    Maksim Lazarenko ailənin yeganə övladıdır

    Bakı. 31 avqust. REPORT.AZ/ Bərdə rayonunun Cəyirli kəndində 20 yaşlı oğlanı elektrik cərəyanı vurub. “Report”un xəbərinə görə, toy mağarını sökən zaman mağarın dəmirləri həyətdən keçən yüksək gərginlikli elektrik xətlərinə dəyib. Nəticədə rayonun Alaçadırlı kənd sakini, 20 yaşlı Maksim Aleksandr oğlu Lazarenkonu elektrik cərəyanı vurub.

    M.Lazerenko əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, Maksim Lazarenko xeyir-şər mağarlarının qurulması işində calışır. O, ailənin yeganə övladıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi