Toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə elan yayan şəxs saxlanıldı

Toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə elan yayan şəxs saxlanıldı Bakıda sosial şəbəkələrdə qanunsuz çağırışlar edən şəxs saxlanılıb
Hadisə
2244
31 Avqust , 2021 18:14
Toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə elan yayan şəxs saxlanıldı

Bakıda sosial şəbəkələrdə qanunsuz çağırışlar edən şəxs saxlanılıb.

Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı sakini, 1993-cü il təvəllüdlü Məmmədağa Quliyev sosial şəbəkədə toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə məlumat verib və çağırış edib:

“Dərhal polis əməkdaşları araşdırma apararaq həmin şəxsi aşkarlayıb. Daha sonra Məmmədağa Quliyev saxlanılıb”.

“Məmmədağa Quliyevə izah olundu ki, belə hərəkətlər “Yol hərəkəti haqqında” qanunun tələblərinin təhrif edilmiş formada təbliğatıdır. Yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olan faktlardır. Belə hallar yolverilməzdir”, - V.Əsədov bildirib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan M.Quliyev etdiyi əməlindən peşman olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi