Tovuzda yol qəzası şəhərin yarısını qazsız qoydu - FOTO

Tovuzda yol qəzası şəhərin yarısını qazsız qoydu - FOTO Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
554
9 Mart , 2021 02:50
Tovuzda yol qəzası şəhərin yarısını qazsız qoydu - FOTO

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Opel” markalı avtomobil qaz borusuna çırpılıb. Nəticədə şəhərin yarıdan çox hissəsinə təbii qazın verilişi dayanıb.

Yol qəzasında sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.

Hazırda qaz xəttində yaranan problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi