​Tovuzun Əyyublu kəndinə dolu yağıb

​Tovuzun Əyyublu kəndinə dolu yağıb Təbiət hadisəsi zamanı həyətyanı sahələrə, kartof, pomidor, xiyarın becərildiyi ərazilərə ziyan dəyib
Hadisə
29 May , 2016 02:27
​Tovuzun Əyyublu kəndinə dolu yağıb

Bakı. 29 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Tovuzun Əyyublu kəndinə dolu yağıb.

“Report” xəbər verir ki, on dəqiqəyə yaxın davam edən iri buz parçalarının yağıntısı güclu yağışa çevrilib.

Təbiət hadisəsi zamanı həyətyanı sahələrə, habelə kartof, pomidor, xiyar məhsullarının becərildiyi ərazilərə ziyan dəyib.

Xoşbəxtlikdən yaşayış binaları və avtomobillər təbiətin şıltaqlığından zərərsiz ötüşüb.

Rayonun daha çox dağ kəndlərində müşahidə olunan dolu bu dəfə aran zonaya ziyan vurub. 

Qeyd edək ki, bir neçə gün öncə güclü dolu və leysan Tovuzun ucqar dağ kəndlərində 500 hektardan çox kartof sahələrini məhv edib.

Son xəbərlər

Orphus sistemi