Tovuzdakı toyda 3 nəfərə xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB 2

Tovuzdakı toyda 3 nəfərə xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB 2 Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
20 İyul , 2021 08:50
Tovuzdakı toyda 3 nəfərə xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB 2

Tovuz rayonunda keçirilən toy mərasimində düşən mübahisə zəminində 3 nəfərə xəsarət yetirən şəxsin kimliyi dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu Tovuz rayon sakini, 20 yaşlı Elgün İsmayılovdur.

Mübahisə isə zarafat üstdə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

01:35

Tovuz rayonunda toyda düşən mübahisə zəminində xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuzda toyda düşən dava zamanı 1996-cı il təvəllüdlü Fərid Mehdiyev başından butulka ilə vurularaq xəsarət alıb.

Onun dostu, 1991-ci il təvəllüdlü Mahir Kərimov ilə hadisəni törətməkdə şübhəli bilinən şəxsin arasında da mübahisə yaşanıb. Bu zaman O, M.Kərimova da kəsici ailətlə xəsarət yetirib.

Hadisə zamanı onları aralamaq istəyən, 1991-ci il təvəllüdlü Fuad Hüseynov da əlindən xəsarət alıb. Xəsarət alan hər üç şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, onlardan birinin vəziyyəti kafi, digərlərinin qənaətbəxş hesab olunur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

00:54

Tovuz rayonunda keçirilən toy mərasimində düşən mübahisə zəminində qonaqlardan biri başından xəsarət alıb. Onun yaxını isə bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində keçirilən toy mərasimi zamanı tərəflər arasında yaşanan mübahisə zamanı bir nəfər başından xəsarət alıb. Daha sonra başından xəsarət alan şəxsin yaxını ilə hadisəni törətməkdə şübhəli bilinən şəxs arasından Tovuz çay kənarında mübahisə yaşanıb. Bu zaman həmin şəxs toyda xəsarət alanın yaxınına da bıçaqla xəsarət yetirib.

Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

00:21

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz çayının kənarında bıçaq xəsarəti alan kişi ağır halda xəstəxanaya aparılıb.

Onun hansı şəraitdə bıçaq xəsarəti aldığı və kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi