Tovuzda zəncirvari yol qəzası baş verib, 2 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Tovuzda zəncirvari yol qəzası baş verib, 2 nəfər yaralanıb - FOTO - YENİLƏNİB Bakı. 28 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda baş vermiş zəncirvari yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
28 Oktyabr , 2018 23:30
Tovuzda zəncirvari yol qəzası baş verib, 2 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Bakı. 28 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda baş vermiş zəncirvari yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, bunlar 1970-cı il təvəllüdlü Babayev Mahir Əsəd oğlu və 1969-cu il təvəllüdlü İsmayılov Yaşar Bayram oğludur.

Hər iki şəxsin müalicəsi davam etdirilir.

Qəza nəticəsində daha bir nəfərin isə yüngül xəsarət aldığı və ona hadisə yerində ambulator yardım göstərildiyi bildirilir.


***21:02

Tovuz. 28 oktyabr. REPORT.AZ/ Tovuz şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində"Mercedes", "Opel", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar var.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi