Tovuzda zəncirvari qəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Tovuzda zəncirvari qəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB Tovuz. 30 avqust. REPORT.AZ/ Tovuzda baş verən zəncirvari qəzada xəsarət alanların kimlikləri məlum olub.
Hadisə
30 Avqust , 2018 11:15
Tovuzda zəncirvari qəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB
Report
0 : 00
0 : 00


Tovuz. 30 avqust. REPORT.AZ/ Tovuzda baş verən zəncirvari qəzada xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar, Gədəbəy rayon sakini, 1960-cı il təvəllüdlü Nəzakət Köçərli və Tovuz rayon sakini, 1976-cı il təvəllüdlü Elnur Məmmədovdur.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Qəzada yüngül xəsarət alan daha bir nəfərə ambulator yardım göstərilib və evə buraxılıb.

***10:27Tovuz. 30 avqust. REPORT.AZ/ Belə ki, "Mercedes" , "Fiat" və "VAZ-2104" markalı avtomobillərin toqquşması nəticəsində zəncirvari qəza baş verib. İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.


*** 09:59

Tovuzda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kənd ərazisində baş verib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi