Tovuz. 25 yanvar. REPORT.AZ/ Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 4 nəfərin adı məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, baş verən zəncirvari yol qəzası nəticəsində 1992-ci il təvəllüdlü Mirzə Eyyubov, 1954-cü il təvəllüdlü Namaz Məcid oğlu Namazov, 1962-ci il təvəllüdlü Gülnar Məhəmməd qızı Namazova, 1987-ci il təvəllüdlü Elmir Cəfər oğlu Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirlir.
Faktla bağlı araşdırma aparılır.
***12:26
Tovuz. 25 yanvar. REPORT.AZ/ Tovuz rayonunda zəncirvari avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, üç avtomobil toqquşub. hadisə nəticəsində hər 3 avtomobilin sürücüsü və avtomobillərdən birində olan sərnişin xəsarət alıb.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


