Tovuzda yük və minik avtomobilləri toqquşub - FOTO

Tovuzda yük və minik avtomobilləri toqquşub - FOTO Tovuz. 22 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
22 Oktyabr , 2018 03:23
Tovuzda yük və minik avtomobilləri toqquşub - FOTO

Tovuz. 22 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Öysüzlü kəndində yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan yük maşını yol kənarındakı arxa düşüb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Hikmət Vaqif oğlu Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun idarə etdiyi avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Zaqatalada minik avtomobili aşıb.

Son xəbərlər

Orphus sistemi