Tovuzda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alan var - FOTO

Tovuzda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alan var - FOTO “VAZ” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb
Hadisə
15 Oktyabr , 2016 23:52
Tovuzda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alan var - FOTO

Tovuz. 15 Oktyabr. REPORT.AZ/ Tovuzda kartof daşıyan yük maşını qəzaya düşüb.

“Report”-un Qərb bürosunun məlumatına görə, hadisə geçə saatlarında Bakı-Qazax yolunun Aşağı Quşçu Kəndindən keçən hissəsində baş verib.

Tovuz rayon sakini Firdovsi Qarayevin idarə etdiyi “QAZel” markalı yük avtomaşını əks istiqamətdən gələn, Ədalət Novruzovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə  toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. 

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi