Tovuzda yol qəzasında ölən məktəblinin kimliyi məlum olub

Tovuzda yol qəzasında ölən məktəblinin kimliyi məlum olub Bu, Qovlar qəsəbə sakini Eşqin Əkbərovdur
Hadisə
10 Fevral , 2016 22:48
Tovuzda yol qəzasında ölən məktəblinin kimliyi məlum olub

Bakı. 10 fevral. REPORT.AZ/ Tovuzda yolu keçərkən avtomobil vurması nəticəsində ölən 12 yaşlı məktəblinin kimliyi məlum olub.

"Report" xəbər verir ki, bu, Qovlar qəsəbə sakini Eşqin Əkbərovdur. O, hadisə yerində dünyasını dəyişib.

Qovlar ərazisində baş verən qəza zamanı adıçəkilən qəsəbə sakini Elçin Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə məktəbdən qayıdan oğlanı vurub.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi